Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Bakıda ilk dəfə olaraq Avropa şəhərciyi adlı tədbir keçiriləcək

27 İyun 2016

Sentyabr ayının 19-da İçərişəhərdə – Qoşa qala qapısı meydanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Avropa İttifaqı (Aİ) və ona üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə dördüncü dəfə Avropa şəhərciyi (Eurovillage-2015) təşkil edilmişdir.

Ənənəvi olaraq bir gün keçirilən tədbirdə bu il Avropa İttifaqına üzv olan Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstriya, Belçika, İsveçrə və digərləri olmaqla, ümumilikdə 21 ölkə iştirak etmişdir. Tədbiri keçirməkdə əsas məqsəd Avropa İttifaqı və ona üzv ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi ilə şəhərimizin sakinlərini yaxından tanış etməkdən ibarətdir.

Avropa şəhərciyində çadırları qurulmuş ölkələrin stendlərində həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri barədə təqdimat xarakterli videoçarxlar nümayiş olunmuşdur. Bununla yanaşı hər bir ölkənin çadırında həmin ölkənin mədəniyyəti, tarixi, mətbəxi, musiqi və rəqsləri, milli geyimləri barədə maraqlı məlumatlar yer almışdır. Çadırlarda eləcə də həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər də təqdim edilmişdir.

Gün ərzində face art, mükafatlı viktorinalar, pizza fırlatmaq üzrə dünya çempionu Paskalino Barbassonun möhtəşəm pizza fırlatma şousu, alman və yunan rəqsləri, musiqi və teatr ifaları nümayiş olunmuş, Avropa mətbəxi nümunələri və suvenirlərin sərgi-satışı təşkil edilmişdir.

Last modified: 22 Dekabr 2016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir