23 dekabr saat 14:00-da Park İnn otelinin Füzuli zalında Azərbaycan Avropa Hərəkatının təşkilatçılığı ilə tədbir keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, ictimai xadimlərin qatılacağı konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Avropa Hərəkatının birgə layihəsi çərçivəsində hazırlanan “Azərbaycanı dünyada necə tanıdaq?” adlı jurnal və saytın təqdimatı keçiriləcək.
Bununla yanaşı hərəkat tərəfindən seçilmiş “2016-cı illin səfirliyi” mükafatı da təqdim ediləcək. Bu il Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi Avropa ölkəsinin mükafatlandırılması da nəzərdə tutulur. Qeyd edək ki, 2012-ci ildə təsis edilən bu mükafatı müvafiq olaraq Almaniya (2012), ABŞ (2013), Böyük Britaniya (2014), Avropa Birliyi (2015) qazanıb.
Tədbirdə iştirak sərbəstdir.
Last modified: 22 Dekabr 2016