Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Azərbaycan Avropa Hərəkatı

Avropa Hərəkatının Azərbaycanda yaranması ideyası 2004 -cü ildən mövcud olub. Təşəbbüs qrupu kimi fəaliyyət göstərən aktiv üzvlər 2012-ci ilin fevral ayında ilk konqresini keçirib. Hərəkatın 41 nəfərdən ibarət genişləndirilmiş təşəbbüs qrupu, 3 il müddətinə qurumun idarə heyəti üzvlərini və prezidentini seçib. Konqres (Ümumi Yığıncaq) iştirakçıları üç nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası üzvlərini, Vitse Prezidentləri seçib, Hərəkatın Nizamnaməsini, Əsasnaməsini və Fəaliyyət Proqramını qəbul edib.
Azərbaycan Avropa Hərəkatı (AAH) 2012 -ci ilin Sentyabr ayında Beynəlxalq Avropa Hərəkatına (BAH) tamhüquqlu üzv kimi qəbul edilib. Bununla da nümayəndəlik Beynəlxalq Avropa Hərəkatının 41 üzvündən biri kimi bütün fəaliyyətlərində iştirak etmək və BAH-ın rəhbərliyinə seçib-seçilmək hüququ qazanıb.
Azərbaycan Avropa Hərəkatı 2012-ci ilin İyun ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda Avropaya İnteqrasiyaya Dəstək “Avropa Hərəkatı” İctimai Birliyi adı ilə rəsmi dövlət qeydiyyatına alınıb.
Müntəzəm olaraq Azərbaycanda Avropa dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərən qurumun təsdiqlənmiş Nizamnaməsində qeyd olunur: “Birliyin əsas məqsədi Avrointeqrasiya istiqamətində dövlət siyasətinə dəstək verməkdir”.
Azərbaycan Avropa Hərəkatı (AAH) beynəlxalq təşkilatlarla, Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə, beynəlxalq qurumların nümayəndəlikləri, dövlət qurumları və yerli Vətəndaş Cəmiyyəti İnstitutları ilə  yaxından əməkdaşlıq edir. Fəaliyyət göstərdiyi illər ərzində hərəkat müxtəlif beynəlxalq və yerli donor təşkilatlarının maliyyə dəstəyi ilə layihələr həyata keçirib:
“Gənclərin İctimai və Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər” (ATƏT-in Bakı ofisi);
“Avropalı” foto sərgi (Avropa Ticarət və Sənaye Palatası);
“Vətəndaş Cəmiyyətinin Avrointeqrasiyadakı Rolu” (Konrad Adenauer Stiftung); “Etimad Toxumları” (German Marshall Fondu);
“Bakı Kəndlərində Gənc Liderlər Şəbəkəsi” (Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi);
“Avropa klubu – 2012” (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi); “Avropa Gününün təşkilinə dəstək” (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi); “Gənclərin Avropa Şərq Tərəfdaşlığı Proqramına Cəlb Olunması” və “Avropa Klubu – 2013”  (Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu);
 “Diqqət Azərbaycana!” və ”Avropa Məktəbi”: həqiqi dəyərlərin müəyyənləşdirilməsi və onlara inteqrsiya” (Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası);
“Qız övladlarının həyatı: Qız övladlarına qarşı ayrı seçkiliklə mübarizə üçün uğurlu ana və qız uşaqlarının hekayələrinin paylaşılması” (Avropa İttifaqının Baş Qərargahı). 

Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən “Avropa Kəndi” (“Eurovillage”) tədbirində tərəfdaşlıq,
Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Vətəndaş Cəmiyyətinin rolunun artırılması” təşəbbüsündə iştirak,
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Avropa Birliyinin dəstəyi ilə “Gənclər Fəaliyyətdə” proqramında iştirak,
Azərbaycanda fəaliyyət göstərən Almaniya və ABŞ səfirliklərinin, BMT-nın Gürcüstan nümayəndəliyi və BMT İnkişaf Proqramı çərçivəsində mübadilə proqramında iştirak.

Comments are closed.