Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Beynəlxalq AH

Beynəlxalq Avropa Hərəkatının

tarixi

 

Beynəlxalq Avropa Hərəkatının yaranması ideyası 1947-ci il, iyul ayında keçirilən Anqlo-Fransız Birləşmiş Hərəkatının forumunda Uinston Çörçil və Dunkas Sandis kimi siyasətçilər tərəfindən irəli sürüldü. Vahid Avropanın formalaşdırılması və gücləndirilməsi məqsədi ilə geniş aspektli hərəkatın yaradılmasının vacibliyi vurğulandı.

İkinci Dünya Müharibəsi zamanı Avropada əməkdaşlığın gücləndirilməsi üçün ən böyük platforma Birləşmiş Avropa Hərəkatı idi. Birləşmiş Avropa Hərəkatı həm də II Dünya Müharibəsi ərəfəsində yaranmış təşkilatların əlaqələndirilməsində mühüm rol oynayırdı.

Birləşmiş Avropa Hərəkatının 1947-ci il, 10 noyabr tarixində keçirilən görüşündə, hərəkatın adınının dəyişdirilərək ”Avropa Birliyi üçün Hərəkat” olması qərara alındı.

1948-ci il, 7-11 may tarixində Niderlandda keçirilən Avropa konqresinə Avropadan 800-ə yaxın nümayəndə, Kanada və ABŞ-dan isə müşahidəçilər iştirak edirdilər. Avropa Birliyi üçün Hərəkatın Beynəlxalq Komitəsi tərəfindən təşkil olunan və Uinston Çörçilin sədrlik etdiyi konqres avropalı nümayəndələrə Avropa Birliyinin inkişafı ilə bağlı ideaları siyasi aspektdən müzakirə etmək imkanı yaratdı. Konqresdə, Konrad Adenauer, Uinston Çörçil, Harold Makmillan, Fransua Mitteran, Paul Henri – Spaak, Albert Koppe və Altiero Spinelli kimi tanınmış siyasətçilər çıxış edərək, Avropanın siyasi, iqtisadi və valyuta birliyi üçün təkliflər irəli sürdülər. İrəli sürülən təkliflər sonradan yaradılacaq Beynəlxalq Avropa Hərəkatının fəaliyyət istiqamətlərinin müəyyən olunmasında baza rolunu oynadı.

Avropa Birliyi üçün Hərəkatın 1948-ci il, 25 oktyabr tarixində keçirilən növbəti toplantısı zamanı qurumun adının dəyişdirilərək “Beynəlxalq Avropa Hərəkatı” olması qərara alındı. Bu səbəbədən də Beynəlxalq Avropa Hərəkatının yaranması tarixi formal olaraq 25 oktyabr,1948-ci ildən hesablanır.

Hərəkatın ilk konqresində Dunkan Sandis prezident, Leon Blum, Uinston Çörçil, Alçide de Qasperi və Paul Henri Spaak isə fəxri prezidentlər seçildilər. Beynəlxalq Avropa Hərəkatının (BAH) ən böyük uğurları, 1949-cu ilin may ayında Avropa Şurasının yaradılması, Brüggedə Avropa Kollecinin qurulması və Cenevrədə Avropa Mədəniyyət Mərkəzinin açılması oldu.

1950 – 90-cı illər ərzində Hərəkatın əsas vəzifələrindən biri Avropanın istər demokratik, istərsə də totalitar rejimli ölkələrində beyin mərkəzlərinin yaradılması və mobil qrupların fəaliyyətinin tənzimlənməsi idi. Bununla yanaşı, BAH, 1948-ci ildən etibarən Avropa institutlarının və milli təsisatların Avropaya dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynayıb. Hərəkat, bütün Avropa vətəndaşlarının Avropa Parlamentinə və Avropa İttifaqına keçirilən seçkilərdə, həmçinin Vahid Avropa Konstitusiyasının qəbul olunması üçün təşil olunan referendumda birbaşa işirak etməsi üçün mübarizə aparıb.

BAH-ın əsas hədəfi Avropa dövlətləri və vətəndaşları arasında münasibətləri sıxlaşdırmaqla Avropa Birliyininin qurulması və genişləndirilməsidir. Bu məqsədə çatmaq üçün, hərəkat cəmiyyətin formalaşmasında hər zaman vətəndaş amilini ön plana çəkmişdir.

Hazırda, BAH 43 Avropa ölkəsində və 21 beynəlxalq qurumda təmsil olunur.

http://europeanmovement.eu/index.php?id=6024

 

Comments are closed.