Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Fəxri Prezidentlər

Asim Mollazadə

1335610985_asimmollazadehAzərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratik İslahatlar Partiyasının sədri,  Avro-Atlantik Mərkəzin Prezidenti,  Euronest Parlament Assambleyasının üzvü 6 iyun 1953-cü ildə Bakı şəhərində anadan olub.  Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbi və Azərbaycan Tibb İnstitutunu bitirib.  1980-1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. Tibb elmləri doktorudur.

1992-ci ildən – Psixogen nevroloji və psixosomatik xəstəliklər Mərkəzinin direktoru (Bakı, Azərbaycan).

Dekabr-aprel 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin informasiya-analitik xidmətinin rəhbəri (Bakı, Azərbaycan)

Aprel-iyun 1993-cü ildən – Azərbaycan Respublikası Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Ermənistanla münaqişənin nizamlanması üzrə Prezidentin xüsusi nümayəndəsi

1994-cü ilin yanvar ayından – 2005-ci ilin aprelədək – Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini

1994-cü ilin fevral ayından -1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti. Fondun fəaliyyət istiqaməti siyasi əməkdaşlığın gücləndirilməsi, plüralist baxışın təşviqi, siyasi və hüquqi təhsil, siyasi diskussiyalar üçün forumların təşkilinə yönəlib.

1998-ci ildən – Azərbaycan Avro-Atlantik Mərkəzinin yaradıcısı və rəhbəri. Mərkəz Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasına istiqamət götürməklə NATO ölkələrinin və Azərbaycanın siyasi fiqurları arasında körpü rolunu oynamağı nəzərdə tutur. Mərkəzin hədəflərinə hüquqi islahatlar, mətbuat azadlığı, eləcə də regional təhlükəsizlik məsələləri daxildir.

Doktor Mollazadə Cənubi Qafqazda təhlükəsizlik siyasəti, Azərbaycan və NATO, Azərbaycanın Avropa Şurası və Avropa Komissiyasına üzvlük perspektivləri, azlıqların problemləri kimi bir çox yüksək səviyyəli konfranslara başçılıq etmişdir.

2000-ci ildən – bu günədək – Milli Məclisin deputatı (iki dəfə yenidən seçilib: 2005-сi və 2010-cu ildə), parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü. 

2001-ci ilin yanvar ayından – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA-nın) Yaxın Şərq alt komitəsinin sədri, Siyasi və Monitorinq Komitələrinin üzvü, AŞ PA-nın Belorus üzrə məruzəçisi.

2005-ci ilin iyul ayından – bu günədək  – Demokratik İslahatlar Partiyasının sədridir (iki dəfə yenidən seçilib: 2008-сi ilin noyabr ayında və 2011-cu ilin oktyabr ayında).

Azərbaycan res., Bakı şəh.,  Nəsimi ray., Sabit Rəhman küç. 7 AZ1078

Tel:   (00994 12) 437 15 76 ,  437 15 77 

Faks: (00994 12) 437 15 77

e-mail: demreforms@party.az

www.demreforms.org  

 

 

Kamal Abdulla

6978719Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya       gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi       bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya        fakültəsində təhsil alıb.

SSRİ Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı             (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik     paralelizm” (“Kitabi-      Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.

Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984).

Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə” kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub.

1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib.

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professoru olub.

1990-cı ildən Azərbaycan Mədəniyyət Fondunun sədridir. Elə həmin il “Rus dili və ədəbiyyatı” İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.

1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub.

1994-1995-ci ildə Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru kimi çalışıb.

2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssisdir. Eyni zamanda türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində “ümumi dilçilik” və “mətn sintaksisi” fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır.

100-dən çox məqalə və 30-dan çox kitab müəllifidir.

2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V. Putin tərəfindən Puşkin medalı ilə təltif olunub.

Azərbaycanda Humay mükafatını, “525-ci qəzet”in “İlin romanı” adlı mükafatını, Monitorinq qrupunun “İlin ədəbiyyat adamı” adını alıb.

Haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda onlarla məqalə çap edilib.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Kavaler” ordeni ilə təltif olunmuşdur.

Comments are closed.