Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

İdarə heyəti

Xalisə Şahverdi

Hüquqşünas, 8 il ərzində Vətəndaş cəmiyyəti sahəsində muxtəlif layihələrdə çalışıb, 2010-cu ildə keçirilən parlament seckilərində Millət vəkilliyinə namizəd olub. Azərbaycan Universiteti  Sosial İş fakültəsində tədris edir.

Emin Aslan

Bakı Dövlət Univerisitetinin Beynəlxalq Hüquq Fakültəsinin məzunu, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində İcraçı Direktoru kimi calışıb. Amerika Hüquqşünaslar Assosiasiyasında Proqram rəhbəridir.

Pərviz Abbasov

Hüquqşünas, Mərkəzi Avropa Universitetinin məzunu, JCİ – Azərbaycanın Prezidenti (Junior Chamber İnternational/Beynəlxalq Gənclər Palatası), Baki Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsinin pedaqoqudur.

 Qüdsiyyə Məmmədova

1981-ci il fevralın 9-da anadan olmuşdur. 1988-1998-ci illərdə Suraxanı rayonu 280 saylı orta məktəbi bitirmişdir. 1999-cu ildə Azərbaycan Dövlət Dillər Universitetinin Alman dili-Filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə isə həmin universitetin magistratura pilləsini bitirmişdir.

2003-2006-cı illərdə alman dili müəlliməsi kimi fəaliyyət göstərmiş, 2006-2009-cu illərdə isə Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyində işləmişdir. Hal-hazırda isə “AzVirt”MMC şirkətində tərcüməçi vəzifəsində çalışır.

Fariz Əhmədov

İstanbulda Magistr və Ph.D dərəcəsi üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Dünya Koorperativ Sosial Məsuliyyət Cəmiyyətinin üzvüdür.

Gülsel Səfərova

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatrının (AGAT) sədri, AAH-ya AGAT tərəfindən tövsiyə edilib.

Orxan Əkbərov

Azərbaycan Tələbələr və Məzunlarının Beynəlxalq Forumunun (ASAİF) Sədri. Azərbaycan Avropa Hərəkatına ASAİF tərəfindən tövsiyə olunub.

 Vüqar Əhmədov

Glasgow Universitetinin məzunu,Azərbaycan-Amerika Gənclər Assosiasiyasının (AAYA) Prezidenti,dünya Azərbaycanlı Gənclər (DAG) Birliyinin Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədridir. Azərbaycan Avropa Hərəkatına AAYA tərəfindən tövsiyə edilib.

 Elnarə Qəribova

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Ankara Universitetində Avropa İttifaqı və Beynəlxalq Münasibətlər fakültəsi Ph.D dərəcə almışdır. İRƏLİ  İctimai Birliyinin həmtəsisçisidir. Azərbaycan Avropa Hərəkatına İRƏLİ İctimai Birliyi tərəfindən tövsiyə edilib.

 Mirhəsən Seyidov

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının ( NAYORA) Baş Katib müavinidir. Azərbaycan Avropa Hərəkatına  NAYORA tərəfindən tövsiyə edilib.

Leyla Aslanova

ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının (AAA) İdarə Heyətinin üzvüdür. Azərbaycan Avropa Hərəkatına “AAA” tərəfindən tövsiyə edilib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisidir.

Cavid İsmayılov

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ)  xarici əlaqələr üzrə koordinatorudur. Azərbaycan Avropa Hərəkatına ATGTİ tərəfindən tövsiyə edilib.

elnur_r Elnur Rəşidov


Azərbaycan Avropa Hərəkatı – İctimai əlaqələr üzrə katib.

Comments are closed.