Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Manifest

AZƏRBAYCAN AVROPA HƏRƏKATI

MANİFEST

 

Biz, əsası Avropada inteqrasiya proseslərinin başlanması ilə qoyulmuş Avropa Hərəkatı ətrafında birləşir və vətənimiz Azərbaycanın da Avropa məkanının ayrılmaz bir hissəsi olduğuna inanırıq.

Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu olan Azərbaycan xalqının da Avropa mədəniyyətinə, ənələrinə və dəyərlərinə sahib olduğuna inanaraq, 20 yaşlı gənc dövlətimizin Avropa siyasi, iqtisadi, mədəni məkanına səmərəli və uğurlu inteqrasiya etməsinə dəstək olmaq üçün biz Azərbaycan Avropa Hərəkatını təşkil edirik.

Biz, Azərbaycan Avropa Hərəkatı, Beynəlxalq Avropa Hərəkatı dəyərlərinə sadiqlik ruhunda ana vətənimiz Azərbaycanın Avropa arenasında səsini layiqincə təmsil edəcəyimizi və ən yaxşı Avropa təcrübələrindən müvəffəqiyyətli istifadəsi üçün daha əlverişli yaradacığımızı bəyan etməkdən böyük qürur duyuruq.

Missiyamız:

–          Cəmiyyətimizin avropa dəyərləri ilə yaxından tanış olmasına vasitəçilik etmək;

–          Avropa Hərəkatının fəaliyyət göstərdiyi bütün ölkələrin gəncləri ilə aktiv, işgüzar və səmimi dostluq, əməkdaşlıq etmək;

–          Bütün Avropa məkanınının ölkəmizin həqiqətləri və milli mənsubiyyətimiz, mədəniyyətimiz haqda məlumatlılığını yüksəltmək;

–          Azadlıq, azad bazar, insan hüquqları, hüququn aliliyi,azad və ədalətli rəqabət, demokratiya, sağlam ətraf mühit prinsiplərini ölkəmizdə təşviq etmək;

–          Azərbaycan gəncliyinə Avropa təhsili, elmi, ədəbiyyatı və incəsənətini daha geniş şəkildə təqdim etmək və onları bu sahələr ilə yaxından tanış etmək, bu istiqamətlərdə maraq və inkişafını təşviq etmək;

–          Təhsilimizin, mədəniyyətimizin inkişaf etdirilməsi prosesində və ölkəmizdə aparılan islahatlarda yaxından iştirak etməkdir.

Biz, Azərbaycanın Avropa Birliyi, Avropa Şurası, ATƏT və digər Avropa təşkilatları və qurumları ilə əməkdaşlığının genişləndirilməsində və dərinləşdirilməsində yaxından iştirak edəcək və həmin təşkilatlar tərəfindən Azərbaycan regionlarında həyata keçirilən proqram və fəaliyyətlərdə aktiv iştirak edəcəyik.

 

Azərbaycan Avropa Hərəkatının İdarə heyəti

12 mart 2012-ci il

Comments are closed.