Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Prezident

Ramin Hacılı
Azərbaycan Avropa Hərəkatının prezidenti

rhas2Təvəllüdü: 02 sentyabr 1983
Ailə vəziyyəti: Evli
Təhsili: Ali
İxtisası: Beynəlxalq Siyasi Münasibətlər
Qeydiyyatı: Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndi
Faktiki yaşayış ünvanı: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 137
Telefon: +99412 511 52 99
Mobil: +99450 512 86 38
Fax: +99412 493 16 23
E-mail: rhacili@gmail.com
Web: www.raminhacili.az
Facebook: Ramin Hacili ( www.facebook.com/raminhacili )
Skype: raminhacili
Twitter: Ramin_Hacili ( www.twitter.com/Ramin_Hacili )
İşi: Azərbaycan Avropa Hərəkatının prezidenti
Peşəsi: Siyasətçi
Siyasi görüşü: Liberal-demokrat

 

Hacılı Ramin Rasim oğlu 1983-cü il sentyabr ayının 2-də Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. Orta təhsilini Bakı şəhəri, 220 saylı orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb.
2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini olub.
Dalğa Gənclər Hərəkatının (Dalğa GH) həmtəsisçisi və ilk sədri olub (2005-2006).
Dalğa GH-nın təsis etdiyi “Demokratiya Məktəbi”nin direktoru (2007-2008) və təlimçisi olub (2008-2012).
ABŞ-ın Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə fəaliyyət göstərən “Demokratiya Akademiyası”nın prezidenti vəzifəsini icra edib (2008-2010).
2006 – 2013-cü illər ərzində Azərbaycan Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.
2006-cı ilin sentyabr ayının 17–dən 2010-cu ilin dekabr ayınadək nəşr olunan “Alma” qəzetinin ideya müəllifidir.
2008-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dünya Demokratiya Hərəkatı”nın Qurultayında Azərbaycan gənclərini təmsil edib.
2009-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri” adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe bildirib. Bununla da Azərbaycan bayrağına Bursa şəhərində qoyulan qadağanın aradan qaldırılmasında iştirak edib.
2010-cu ilin aprel-may aylarında Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin “Beynəlxalq Qonaqlar üçün Liderlik” Proqramı çərçivəsində ABŞ-da səfərdə olub.
2010-cu ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nizami rayonundan (24 saylı Nizami birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.
2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının (3GJ.az) təsisçisi və baş redaktorudur.
2012-ci ilin 17 fevral tarixindən etibarən Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olan Azərbaycan Avropa Hərəkatının prezidentidir.
2012-ci ildə ATƏT-in dəstəyi ilə həyata keçirilən “Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər” layihəsinin koordinatoru olub.
2012-ci ildə İrlandiya Respublikası Baş Naziri ilə Dublin şəhərində Avropa Birliyinin genişlənmə proqramını müzakirə edib.
2012-ci ildən Bütöv Azərbaycan Ocaqlarının İdarə Heyətinin üzvüdür.
2013-2014-ci illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) İdarə Heyətinin üzvü olub.
2013-ci ilin iyul, avqust aylarında Malta Respublikasında təhsili alıb.
2006-cı ildən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub. 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda müzakirələrdə Azərbaycan tərəfindən təmsilçi kimi qatılıb.
2014-ci ilin iyun ayından Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə müavini vəzifəsində çalışır.
2014-ci ildə TEDx spikeri olub.
2014-ci ilin dekabr ayından Azərbaycan Diplomatiya Akademiyasının (ADA Universiteti) təlimçisi kimi fəaliyyətə başlayıb.
2015-ci ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nərimanov rayonundan (19 saylı Nərimanov birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub.
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra olunan ”Diqqət Azərbaycana!””Azərbaycanı dünyada necə tanıtmalı?” layihələrinə rəhbərlik edib.
2016-cı ilin fevral ayında Fransa Respubliksının Xarici İşlər Nazirliyinin dəvəti ilə işgüzar səfərdə olub.
2016-cı ilin may ayında Haaqa şəhərində Niderland Krallığının Xarici İşlər Naziri ilə Avropa Birliyi – Azərbaycan münasibətlərini müzakirə edib.
2016-cı ilin oktyabr ayında Azərbaycanın müstəqillik günü münasibəti ilə təşkil olunan tədbirə qatılmaq üçün ABŞ-ın Nyu – York şəhərinə səfər edib.
2016-cı ilin noyabr ayında Avropa Parlamentində təşkil olunan ”Avropanın gələcəyi” adlı konfransa qatılıb.

Mütamadi olaraq dövrü mətbuatda ictimai-siyasi mövzularda analitik yazılarla çıxış edir.

Avropanın inkişaf tarixi, siyasi sistemlər və idealogiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.

Comments are closed.