Azərbaycan Avropa Hərəkatının rəsmi vebsaytı

Təşəbbüs qrupu

Azərbaycan Avropa Hərəkatının təşəbbüs qrupunun üzvləri:

Ramin Hacılı –  Azərbaycan Avropa Hərəkatının Baş Katibi

Xalisə Şahverdi – Hüquqşünas, 8 il ərzində Vətəndaş cəmiyyəti sahəsində muxtəlif layihələrdə çalışıb, 2010-cu ildə keçirilən parlament seckilərində Millət vəkilliyinə namizəd olub. Azərbaycan Universiteti Sosial İş fakültəsində müəllim vəzifəsində çalışır.

Emin Aslan –  Bakı Dövlət Univerisitetinin Beynəlxalq Hüquq Fakültəsinin məzunu, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində İcraçı Direktoru kimi calışıb. Amerika Hüquqşünaslar Assosiasiyasında Proqram rəhbəridir.

Pərviz Abbasov Hüquqşünas, Mərkəzi Avropa Universitetinin məzunu, JCİ – Azərbaycanın Prezidenti (Junior Chamber İnternational/Beynəlxalq Gənclər Palatası), Baki Dövlət Universitetində Beynəlxalq Hüquq Fakültəsinin pedaqoqudur.

Qüdsiyyə Məmmədova – Alman dili üzrə mütəxəssis, Bundestaqda 6 aylıq Təcrübə proqramı, Humboldt Universitetində Gender üzrə 5 semestrlik təlim keçmişdir. Bir müddət Almaniya səfirliyində çalışıb.

Fariz Əhmədov İstanbulda Magistr və Ph.D dərəcəsi üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Dünya Korperativ Sosial Məsuliyyət Cəmiyyətinin üzvüdür.

Aysel Qayıbxanova – Xarici Dillər Universitetinin məzunudur. BMT Təcrübəçiləri Assosiasiyasının (AFUNİ) üzvü, Azərbaycan Avropa Gənclər Parlamentinin Vitse prezidentidir.

Pərviz Əzimov – Jurnalist, ANN.az saytının Redaktor müavini və bloqçudur.

Aynur Səfərli – Pedaqoq,236 saylı məktəbin müəlliməsidir. Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Nərmin Ramazanova – Dalğa Gənclər Hərəkatının 2006-2009-cu illər Qadın Departamentinin rəhbəri olub. Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Pənah Əlisoy – İT Mütəxəssis. Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Rasim Əfəndiyev – TRAXTOR Sazi Futbol klubunun fan klub rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsidir.

Vüsal Əhədzadə – Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu, marketoloq,Dalğa Gənclər Hərəkatının həmtəsisçisi, Azərbaycan Demokratiya Məktəbinin təlimçisi və bloqçudur.

Zinəddin Babayev – Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu, Dalğa Gənclər Hərəkatının həmtəsisçisi, marketoloqdur.

Sevinc Hacızadə – Beynəlxalq təlimçi, 79 saylı tam orta məktəbin direktoru,  “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin vitse prezidentidir.

Natiq Əhmədov – Biznesmen, xeyriyyəçi iş adamı, “Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin prezidentidir.

Nail Məmmədli – BUDO döyüş növləri üzrə dünya çempionu, Dünya Full Kontakt birliyinin Azərbaycan üzrə prezidentidir.

Fidan Abdullayeva – Sumqayıt Dövlət Universitetinin ikinci kurs tələbəsi, mühasib, Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Mərdan Əfəndiyev – Azərbaycanda ilk milli brend- ” 9AY” –ın təsisçisi, “M & Partners ” Ltd.-nin rəhbəri, iqtisadçı, İqtisadi İslahatlar və Sahibkarlara Yardım Analitik Mərkəzinin direktorudur.

Əsmər Ramazanova – Dalğa Gənclər Hərəkatının üzvü, Azərbaycan Avropa Hərəkatna Dalğa Gənclər Hərəkatı tərəfindən tövsiyə edilib.

Samir Əsədli – Vətəndaş Həmrəyliyi Pariyasının (VHP) siyasi şurasının üzvü.Bakı şəhəri Qızıldaş Bələdiyyəsinin üzvü, Ekologiya və Sosial məsulliyət komissiyasının sədridir.

Günay Babazadə – Reportyor-Jurnalist, bloqçu, Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Anar Əskər – BMT İnkişaf Proqramında layihə koordinatoru, ”Ssenari Production”-nın Art Direktorudur.

Gülnar Aslanova – Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakülətsənin 4-cü kurs tələbəsi, Azərbaycan Avropa Hərəkatında Könüllüdür.

Ləman Yusubova  – Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin sonuncu 4-cü kurs tələbəsi, Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Gülsel Səfərova   – Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatrının (AGAT) sədri, AAH-ya AGAT tərəfindən tövsiyə edilib.

Orxan Əkbərov  – Azərbaycan Tələbələr və Məzunlarının Beynəlxalq Forumunun (ASAİF) Sədri. Azərbaycan Avropa Hərəkatına ASAİF tərəfindən tövsiyə olunub.

Leyla Məmmədli – “Azəri” Gənclər Alyansının həmtəsisçisi və rəhbəri, Con Hopkins universitetində magistr dərəcəsi alıb. “Azəri” Gənclər Alyansı tərəfindən Azərbaycan Avropa Hərəkatına tövsiyə olunub.

Cavid İsmayılov –  Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ)  xarici əlaqələr üzrə koordinatorudur. Azərbaycan Avropa Hərəkatına ATGTİ tərəfindən tövsiyə edilib.

Leyla Aslanova –   ABŞ Təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının (AAA) İdarə Heyətinin üzvü, Azərbaycan Avropa Hərəkatına “AAA” tərəfindən tövsiyə edilib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisidir.

Vüqar Əhmədov – Glasgow Universitetinin məzunu, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının (AAYA) Prezidenti, Dünya Azərbaycanlı Gənclər (DAG) Birliyinin Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədridir. Azərbaycan Avropa Hərəkatına AAYA tərəfindən tövsiyə edilib.

Əkbər Əhmədov – Viskonsin-Medison Universitetinin məzunu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşıdır.

Günel Səfərova – Beynəlxalq təlimçi, Beynəlxalq “SOS Uşaq Kəndi”ndə fandreyzinq menecer, KSM-in Azərbaycan üzrə nümayəndəsidir.

Mirhəsən Seyidov – Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının ( NAYORA) Baş Katib müavinidir. Azərbaycan Avropa Hərəkatına  NAYORA tərəfindən tövsiyə edilib.

Elnarə Qəribova – Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib. Ankara Universitetində Avropa İttifaqı və Beynəlxalq Münasibətlər fakültəsi Ph.D dərəcə almışdır. İRƏLİ  İctimai Birliyinin həmtəsisçisidir. Azərbaycan Avropa Hərəkatına İRƏLİ İctimai Birliyi tərəfindən tövsiyə edilib.

Roman Süleymanov – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınn məzunudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində İnsan Resursları üzrə mütəxəssis kimi çalışır.

Aygün Abasquliyeva – Baki Dövlət Universitetinin məzunu, Xanım İş Adamları Birliyinin rəhbəri, Almaniya Biotest AG-nin Azərbaycandakı və Gürcüstandakı regional direktorudur.

Hikmət İsmayılov – Azərbaycan Tibb Universitetinin məzunu, Azərbaycan Gənclər Parlamentinin sədri, Heidelberg Universitet klinikasının rezidentidir.

Babək Əliyev – Azərbaycan Avropa Hərəkatında könüllüdür.

Arzu Məmmədova -2 Saylı Kompüter kollecini bitirib. Əməliyyatçı Mühasib, 22 saylı Dairə Seçki Komissiyasının üzvü, Azərbaycan Avropa Hərəkatinda könüllüdür.

İqbal Abdullayev – Qafqaz Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu, beynəlxalq təcüməçi,  Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisidir.`

Comments are closed.